AZ

Çiyələyə görün nə qədər dərman VERİLİR - Sosial şəbəkə "çalxalandı" - VİDEO

Sosial şəbəkələrdə yayılan video çiyələk yetişdirilməsində kimyəvi maddələrin istifadəsi ilə bağlı müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, kadrlarda kənd təsərrüfatı sahəsində çalışan gənc işçinin suvarma zamanı suya müxtəlif dərman və kimyəvi vasitələr əlavə etdiyi əks olunub. O, videoda məhsulun zərərvericilərdən qorunması üçün bu üsuldan istifadə etdiyini bildirib.

İşçi paylaşımında qeyd edib ki, istifadə edilən kimyəvi preparatların miqdarı çox olur və bu vəziyyət məhsulun keyfiyyəti ilə bağlı suallar doğurur. O, hətta insanların xəstələndikdə belə bu qədər dərmandan istifadə etmədiyini vurğulayaraq diqqət çəkən fikir səsləndirib.

Yayılan görüntülər sosial mediada geniş rezonans doğurub. İstifadəçilər məhsulların yetişdirilməsində kimyəvi maddələrin normadan artıq istifadəsinin insan sağlamlığı üçün risk yarada biləcəyini bildirərək məsələni müzakirə ediblər.

Hüseyn
Milli.Az

Seçilən
12
2
milli.az

3Mənbələr