JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Yəni bu ölkədə hicab məsələsini həll eləmək belə çətindir? Təhsil Nazirliyi deyir bizlik deyil, məktəb direktoru deyir ki, bu bizim daxili nizamnamə belə tələb edir. Belə olmur axı.

Bu bir məktəblə bağlı məsələ olsaydı, siz deyən olardı, amma ölkənin hər yanında hicabla bağlı problemlər çıxır, amma hökumət, nazirlik başını basdırıb, deyir mənlik deyil. O zaman hökumət niyə var?

Problem artıq ümumilli xarakter alıbsa, ölkə boyunca müşahidə olunursa, hökumət baş nazir, əlaqədar qurumlar reaksiya verməli, işə qarışmalıdır.

Buyurub desinlər ki, orta təhsildə hicab olar ya olmaz? Yoxsa bizlik deyil, hər məktəb özü qərar verir? Bəyəm bu coğrafi məsələdir ki, şimalda olar, cənubda olmaz ya dağda olar, aranda olmaz, məktəblər də ona görə qərar verir? Bu baş örtüyü əhalisinin 96 faizi formal olaraq müsəlman hesab olunan və Azərbaycan dövlətinin rəsmi olaraq təsdiq etdiyi İslam dini ilə bağlı atributddur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, yəni müsəlman ölkəsiyik. İslamla bağlı məsələyə məktəb direktoru qərar verə bilməz.
Bunu çıxın birdəfəlik elan edin, vətəndaş da çaşbaş qalmasın.

2012-ci ildə prezident İlham Əliyev TV kanala müsahibəsində açıq şəkildə dedi ki, bizdə baş örtüyü qadağası yoxdur. Amma indi belə çıxır ki, məktəb direktoru daha üst qurumdur, müstəqil şəkildə hökm verir.

Aydın məsələdir ki, bunu edən hökumətdə yuva salmış bəzi qruplarıdır. Dövlət bu vəziyyətə aydınlıq gətirməli, lap ehtiyac varsa Ali Məhkəmə bununla bağlı qərar verməlidir. Yoxsa məktəb direktoru deyib camaatın inancı ilə oynamaq lazım deyil.

Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi bu məsələyə aydınlıq gətirməli, mövqeyini bildirməlidir. Dini atributları qorumaq təkcə vətəndaşın üzərində deyil, ilk növbədə rəsmi dini orqanlar münasibət bildirməlidir. Bəlkə biz bilmirik, bəlkə artıq İslam bunu qadağan edir? Dini təhsili həyata keçirən, dini təbliğatla məşğul olan orqan, dini fətva məqamı zəhmət çəkib açıqlama verməlidir.

Siyasi şərhçi
Kənan Rövşənoğlu

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX