AZ

Çinli AI şirkəti StepFun IPO hazırlığına başlayıb

Çinin aparıcı süni intellekt startaplarından biri olan StepFun Honq Konqda planlaşdırılan IPO-ya hazırlaşmaq üçün offshore korporativ strukturunu ləğv etməyə başlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu addım Çin hökumətinin “red-chip” adlanan xaricdə qeydiyyat modellərinə nəzarəti gücləndirməsi ilə bağlıdır. Yeni qaydalara əsasən, əsas fəaliyyəti Çində olan şirkətlərə xarici hüquqi strukturlarını dəyişmək tövsiyə olunur.

Şanxayda yerləşən və 2023-cü ildə yaradılan StepFun qısa müddətdə Çinin önəmli AI startaplarından birinə çevrilib. Şirkətin modelləri mobil telefon və avtomobil sistemlərində istifadə olunur, həmçinin OPPO və Geely ilə əməkdaşlıq edir.

Məlumata görə, şirkət IPO öncəsi yeni investisiya raundunda 2–3 milyard yuan toplamağı, IPO zamanı isə dəyərinin 10 milyard dollara çatmasını hədəfləyir.

Seçilən
3
qht.az

1Mənbələr