AZ

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

Mən Ermənistan və Azərbaycan ictimaiyyəti arasında müntəzəm görüşlər təşəbbüsünü dəstəkləyirəm. Bu, mahiyyət etibarilə bir növ "təhsil proqramı"dır ki, burada erməni təbliğatçıları və ya indi inflüenser adlandırılanlar reallıqları anlamağa başlayırlar.

AzNews.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“- Geosiyasi, hərbi və iqtisadi tarazlıq nəhayət və dönməz şəkildə Azərbaycanın xeyrinə dəyişdi;

- "Miatsum" ilhaqçı layihəsi xalqımız və dövlətimiz tərəfindən məğlub edildi;

- Bu gün Ermənistan getdikcə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) sivilizasiya layihəsinin mərkəzində yerləşən Rusiya imperiya atavizmidir;

- Ermənistan seçim qarşısındadır: ya TDT layihəsi qarşı çıxan xarici qüvvələrin aləti olmağı dayandırmaq, ya da bir dövlət kimi tamamilə tənəzzülə uğramaq.

Seçilən
3
2
aznews.az

4Mənbələr