AZ

“Azərbaycan seçkilərdə Ermənistanı nə gözlədiyi ilə maraqlanır” - Koçinyan

“Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində Ermənistanı nə gözlədiyi ilə son dərəcə maraqlanır, çünki sülh prosesinin gələcəyi əsasən bu amildən asılıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru  Areq Koçinyan 13 apreldə Bakıdan qayıtdıqdan sonra jurnalistlərlə görüşündə bildirib.

"Bir tərəfdən, Ermənistan və Azərbaycan arasında sülh üçün kifayət qədər möhkəm, müəyyən edilmiş müqavilə, hüquqi və siyasi baza var. Bu, artıq paraflanmış, imzalanmalı və təsdiqlənməli olan sülh müqaviləsidir. 

Bu, sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir, komissiya nizamnamələri iki ölkə tərəfindən təsdiqlənib, bütün hüquqi prosedurlar başa çatdırılıb, komissiyalar yaradılıb və fəaliyyət göstərir. 

Bu, artıq sənədlərdir, ilk növbədə, TRIPP layihəsi, kommunikasiyaların açılması prosesidir. Bu, hüquqi və müqavilə əsasıdır”. 

O qeyd edib  ki, Ermənistandakı seçkilərdə iştirak edən siyasi qüvvələrin bütün bu bazaya qarşı hansı mövqe və münasibət nümayiş etdirəcəyi çox vacibdir: 

“Çünki seçkilərdən sonra sülh və müharibə məsələləri əsasən Ermənistanda qalib gələn qüvvə tərəfindən həll olunacaq”.

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr