AZ

Zelenski konkret ölkə adları çəkdi: Hazırlıq görülür dedi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Ukrayna Avropadan Qafqaza qədər bir sıra ölkələrlə yeni təhlükəsizlik sazişləri üzərində işləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Körfəz regionunun digər dövlətləri ilə əlaqə saxlayır.

Eyni zamanda Afrika, Qafqaz və Asiya ölkələrindən də müraciətlər var:

“Ukraynanın Qara dənizdəki təcrübəsi və pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanları dünya üzrə əsas ticarət marşrutlarının təhlükəsizliyinin təminində istifadə oluna bilər. Avropada da yeni təhlükəsizlik sazişləri hazırlanır və bu həftə dərin əməkdaşlıq üzrə nəticələrin əldə olunması gözlənilir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr