AZ

Arxa oturacaqlarının təhlükəli olduğu bildirilən “Hyundai Palisade” modelləri Azərbaycanda da geri çağırılır? - AÇIQLAMA

“Hyundai Azərbaycan” yeddi yerlik olan bəzi avtomobil modellərində arxa oturacaqların çox sərt olması, oturacaqların tənzimlənməsi zamanı uşaqlar üçün yaranan təhlükə ilə əlaqədar həmin modellərin geri çağırılması barədə suallara aydınlıq gətirib.

 

“Hyundai Azərbaycan” rəhbərliyindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şimali Amerikada (ABŞ və Kanada) “Hyundai Palisade” modellərinin geri çağırılması Azərbaycan bazarına şamil olunmur.

 

“Ölkəmiz üçün sifariş edilən avtomobillərdə qeyd olunan texniki nasazlıq aşkarlanmayıb və onlar tam təhlükəsizdir”, - açıqlamada qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 13 Aprel 2026, 14:50   
Seçilən
10
pravda.az

1Mənbələr