Modern.az saytına istinadən ain.az xəbər verir.
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda real sektor üzrə bir sıra sahələrdə artım qeydə alınıb. Belə ki, sənaye məhsulu 14 milyard 870,6 milyon manat təşkil edib və bu sahədə 0,2 faiz artım müşahidə olunub.
Modern.az xəbər verir ki, bu barədə məlumat 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Məlumata görə, qeyri-neft-qaz sənayesində artım 7,2 faiz olmaqla daha yüksək olub. Bundan əlavə, kənd təsərrüfatı üzrə məhsul istehsalı 1 milyard 717,6 milyon manat olmaqla 1,1 faiz artıb. Nəqliyyat və anbar təsərrüfatı xidmətləri 1,7 faiz, informasiya və rabitə xidmətləri 9,2 faiz, pərakəndə ticarət dövriyyəsi isə 3,7 faiz artım nümayiş etdirib. Əsas kapitala yönəldilən investisiyalar 4 milyard 49,8 milyon manat təşkil edib və bu göstərici 11,9 faiz artıb. Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar da 2,2 faiz yüksəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.