AZ

Endirimli marketdə yaşanan izdiham MÜZAKİRƏ YARATDI - VİDEO

Endirim kampaniyasının keçirildiyi mağazada yaranan sıxlıq sosial mediada diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, yayılan görüntülərdə alıcıların endirimli məhsulları əldə etmək üçün tələsdiyi, hətta bir-biri ilə rəqabət apardığı açıq şəkildə görünür.

Kadrlarda mağazaya çoxsaylı müştərinin axın etdiyi və insanların bir-birini qabaqlamağa çalışdığı əks olunub.

Sosial şəbəkə istifadəçiləri bu vəziyyətə fərqli yanaşıblar. Bəziləri böyük endirimlərin belə maraq yaratmasını təbii hesab etsə də, digərləri yaranan izdihamı və alıcıların davranışını tənqid ediblər.

Qısa müddətdə yayılan görüntülər müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub və gündəm mövzusuna çevrilib.

Musa
Milli.Az

Seçilən
0
2
milli.az

3Mənbələr