AZ

Paşinyan TRIPP layihəsindən danışıb


Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh gündəliyi ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bu fikirləri ölkənin əsas işəgötürənlərinin nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib. Paşinyan yaxın gələcəkdə, xüsusilə Ermənistanın blokadadan çıxarılmasını hədəfləyən TRIPP layihəsi çərçivəsində mühüm addımların atılacağını bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımaları mümkün olub və bu proses davam edir. Bununla yanaşı, Ermənistanın ixrac imkanlarının genişləndirilməsi üçün də siyasi zəmin formalaşıb. Paşinyan qeyd edib ki, hazırda ixrac əsasən Gürcüstan üzərindən həyata keçirilsə də, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılması yeni imkanlar yaradacaq.
Baş nazir həmçinin vurğulayıb ki, əldə olunan siyasi razılaşmaya əsasən, sözügedən dəmir yolu marşrutu daimi açıq qalacaq və həm idxal, həm də ixrac üçün etibarlı nəqliyyat xətti kimi fəaliyyət göstərəcək.
Seçilən
17
1
yeniavaz.com

2Mənbələr