Kreml hesab edir ki, Macarıstanda keçirilən parlament seçkilərində müxalifətin qələbəsi Rusiya-Ukrayna münaqişəsinin gələcək inkişafına təsir göstərməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
O bildirib ki, bu iki proses arasında birbaşa əlaqə yoxdur:
“Düşünmürəm ki, bu hadisə Rusiya-Ukrayna münaqişəsinin perspektivlərinə təsir edir. Bunlar fərqli proseslərdir və burada hər hansı əlaqə görmürəm”.
O, həmçinin əlavə edib ki, Rusiya Macarıstan seçicilərinin verdiyi qərara hörmətlə yanaşır.
Müşviq Tofiqoğlu
KONKRET.az