AZ

Enerji bazarlarında müvəqqəti "sakitlik" bitdi

Bakı, 13 aprel, AZƏRTAC

İran ilə ABŞ arasında hərbi əməliyyatların dayanması, danışıqlar prosesinin başlaması, eyni zamanda, Hörmüz boğından məhdud sayda tanker və gəmilərin keçməsi dünya enerji bazarında nisbi “sakitlik” yaratmışdı.

AZƏRTAC xəbər verir ki bir sıra dövlətlər və iri şirkətlər yaranmış fürsətdən istifadə edərək ucuz neft alıb terminallarını doldururdular. Neftayırma şirkətləri isə daha çox məhsul istehsal edib ixraclarını artırmağa çalışırdılar.

Asiyada yanacağa tələbat həddən artıq artmışdı. Məhz buna görədir ki, son 2 gün ərzində Hindistan dayanmadan Rusiyadan neft idxal edirdi. Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə Hindistan Yaxın Şərq ölkələrindən neft almağa başlamışdı. Lakin müharibə və Hörmüzün bağlanması Hindistanı çətin vəziyyətə salmışdı.

“Bloomberg” yazır ki, Hindistanın iri neftayırma zavodları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etməsini gözləyir. Hindistan Rusiyadan milyardlara dollar həcmində neft alır. 2026-cı ilin əvvəlindən Hindistan sutkada Rusiyadan 1,98 milyon barel neft alırdı. Körfəzdəki müharibəyə görə yaranan neft qıtlığına görə sutkada 400 min barel nefti emal etmək imkanına malik olan “Nayara Energy” zavodu fəaliyyətini dayandırmışdı. İslamabadda başlayan ABŞ-İran danışıqları zavodun yenidən fəaliyyətə başlayacağı ümidini yaratmışdı. Lakin danışıqlar nəticəsiz bitdi və zavodun fəaliyyətə başlaması da təxirə salındı.Aprelin əvvəlindən bu günə kimi Hindistan Rusiyadan 60 milyon barel neft alıb.

Ukrayna mətbuatı bildirib ki, Rusiyanın Xəzər dənizindəki 2 neft platforması dron zərbəsinə məruz qalıb. Platformaladan biri işini tamamilə dayandırmalı olub.

“Kpler”in məlumatına görə, son 24 saat ərzində Körfəzi hər biri 2 milyon barel tutumu olan 3 tanker və 4 yük gəmisi tərk edib ki, bu yük gəmilərinin 2-si İrana məxsusdur. Bu gəmilər İrandan Çinə faydalı qazıntılardan ibarət yük daşıyırlar.

İslamabadda keçirilən ABŞ-İran danışıqlarında gərgin müzakirə mövzularından ən vacibi Hörmüz boğazı olub və məhz bu məsələdə tərəflər razılıq əldə edə bilmədilər.

“The Wall Street Journal” yazır ki, danışıqlarda ABŞ Hörmüz boğazına birgə nəzarət etməyi təkilif edib. Lakin İran qətiyyətlə bu təklifi rədd edib. İran başa düşür ki, Hörmüz boğazını əldə saxlamaqla dünya enerji bazarına nəzarət edəcək. Rəsmi Tehran boğaz vasitəsilə ABŞ-ı danşıqlar masası arxasına oturmağa məcbur etdi.

Seçilən
13
2
azertag.az

3Mənbələr