AZ

Tələbə Liqasının 2025/2026 mövsümündə II dövrəyə start verilib 

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümü üzrə II dövrəyə start verilib.

AzEdu.az xəbər verir ki, liqanın A qrupunda mübarizə aparan Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşması olub, oyun 2:1 hesabı ilə başa çatıb.
Daha sonra Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Texniki Universitetinin komandasına 3:0 hesabla qalib gəlib. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının oyunu 4:4 hesabla başa çatıb.

Azərbaycan Texniki Universitetinin idman kompleksində 14 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, həmçinin tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.

Seçilən
0
1
azedu.az

2Mənbələr