AZ

Avropa İttifaqı Madyara Rusiya ilə bağlı şərt qoydu

BAKI, 13 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, növbəti Baş nazir Peter Madyardan Ukraynaya 90 milyard avro kredit ayrılmasına və Rusiyaya qarşı növbəti sanksiyalar paketinə qoyulan vetonu ləğv edəcəyini gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” Aİ diplomatlarına istinadla məlumat yayıb.

İttifaq rəsmilərinin fikrincə, Peter Madyar hazırkı Baş nazir Viktor Orbanın dövründə Macarıstanın Avropa İttifaqı ilə pisləşmiş münasibətlərini düzəltmək istəyirsə, bu addımı atmalıdır.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Aİ sammitində 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro ayrılması razılaşdırılıb. Budapest fevralda Kiyevə maliyyənin ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu bloklayıb. Orban vetonun ləğv edilməyəcəyini bəyan edib.

Aprelin 12-də keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi “Tisa” Partiyası qalib gəlib, 199 yerlik parlamentdə 138 mandat qazanıb. Hakim “Fides” partiyasının sədri Viktor Orban məğlubiyyətini etiraf edib.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr