AZ

Arıqlama dərmanın reklamı üçün icazəsiz görüntülərindən istifadə etdilər

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

72 kiloqram arıqlayan türkiyəli aktrisa Esin Gündoğdu son paylaşımına yazılan mənfi rəylərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktrisanın tənqid olunmasına səbəb sosial mediada yayılan və arıqlama dərmanlarından birini reklam etdiyinə dair təqdim edilən görüntülər olub. Esin həmin paylaşımların süni intellektlə hazırlandığını və buna inanmamalarını deyib:

"10 il əvvəl pəhriz saxlamağa başladım. O vaxt "Aşk yeniden" serialında çəkilirdim. Baxsanız yavaş-yavaş arıqladığımı görə bilərsiniz. Sonra "Yeni gelin"də rol aldım. Orada zamanla arıqlamağım diqqət çəkir. Gözünüzün önündə yavaş-yavaş, sağlam qidalanaraq və pəhriz edərək arıqladım.

Heç kimi aldatmadım, illər keçdi, bu müddətdə bir itki yaşadım və yeməyə başladım. Təxminən 5 il əvvəl sürətlə yenidən kökəldim. Daha sonra əməliyyat olmağa qərar verdim. Mədə şuntlama (həddindən artıq piylənmənin müalicəsində istifadə olunan, həm mədəni kiçildən, həm də bağırsaqların bir hissəsini dövrədən çıxararaq qida absorbsiyasını azaldan effektiv bariatrik-metabolik cərrahiyyə üsuludur) əməliyyatı olundum, bunu da gizlətmədim. İndi belə xəbərlər çıxanda bəzi insanlar ünvanıma təhqir yazır. Mən nə yaşamışamsa, onu paylaşmışam.

Süni intellektlə sözləri danışığıma uyğun elə yaxşı fotoşop ediblər ki, baxan hamı onları mənim dediyimi düşünür. Amma bu belə deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
axsam.az

3Mənbələr