Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Orbanın məğlubiyyəti Avropada böyük bir müharibəyə, Avropanın fəlakətinə yol açır. Orbanın məğlubiyyəti Avrobürokratiyanın qələbəsidir. Amma bu, Avropa xalqları üçün məğlubiyyətdir. Və Avrobürokratiya getdikcə Avropa xalqlarının əsas düşməninə çevrilir. Avrobürokratiya Avropanı böyük bir müharibəyə sürükləyir. Ukraynada dörd ildən çox davam edən müharibənin böyük hissəsi Ukrayna müharibəsinin davam etməsi üçün hər şeyi edən Avropa bürokratiyasının günahıdır. Orbanın Avropa siyasətindən kənarlaşdırılması Ukraynada sülh ehtimalını daha da azaldır”, - o bildirib.