AZ

Orbanın fəaliyyəti araşdırılacaq “Korrupsiyaya qarşı ayrıca nazirlik yaradılacaq”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanda 16 illik Viktor Orban hakimiyyətini devirərək seçkilərdə qələbə qazandığı bildirilən Peter Magyar ölkədə dərin institusional dəyişikliklərə start verəcəyini açıqlayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, onun ilk bəyanatları ölkədə uzun illərdir formalaşan siyasi sistemə qarşı sərt tənqid və genişmiqyaslı islahat vədləri ilə yadda qalıb.

Magyar son 16 ildə ölkədə “müstəqil institutların zəiflədildiyini” və balans-nəzarət mexanizmlərinin sıradan çıxarıldığını iddia edərək, bu sistemin yenidən qurulacağını bəyan edib. 

Onun əsas açıqlamaları aşağıdakı istiqamətləri əhatə edir:

-Ali Məhkəmə, Baş Prokurorluq, Media Tənzimləmə Orqanı və Rəqabət Qurumu rəhbərlərinin istefası tələb ediləcək;

-Hüquqi dövlət prinsiplərinə qayıdış təmin olunacaq;

-Fövqəladə vəziyyət rejimi ləğv ediləcək, idarəetmə yalnız parlament qanunları ilə həyata keçiriləcək;

-Dövlət strukturlarına yerləşdirilmiş keçmiş hakim partiya kadrları vəzifələrdən uzaqlaşdırılacaq;

-Dövlət televiziyasının xəbər departamenti ləğv ediləcək;

-Korrupsiyaya qarşı ayrıca nazirlik yaradılacaq;

-Dövlət tenderləri və Avropa İttifaqı fondlarının bölüşdürülməsi yenidən yoxlanılacaq;

-Dövlət vəsaitlərinin keçmiş hakimiyyət çevrələrinə yönəldilməsi iddiaları araşdırılacaq;

-Qanunsuz əldə edilən aktivlərin geri qaytarılması üçün xüsusi istintaq və nəzarət mexanizmləri formalaşdırılacaq.

Siyasi analitiklərin fikrincə, bu çıxış Macarıstanda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir və Orban dövründən sonra dövlət institutlarının radikal şəkildə yenidən qurulacağı siqnalını verir.

Eyni zamanda, Magyarın açıqlamaları ölkədə uzun illərdir davam edən siyasi qütbləşmənin daha da dərinləşə biləcəyi ilə bağlı müzakirələri də gücləndirib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr