AZ

Latviya və Estoniyada İkinci Dünya müharibəsinə aid 700-ə yaxın abidə məhv edilib

Latviya və Estoniyada İkinci Dünya müharibəsinə aid 700-ə yaxın abidə məhv edilib

"Baltikyanı ölkələrin hakimiyyət orqanları tarixi yenidən yazmağı və Qırmızı Ordunun rəşadətinə minnətdarlıq əlaməti olaraq ucaldılmış abidələrin sökülməsini özlərinin rəsmi rusofob siyasət kursu elan ediblər".

AFN.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, Latviya və Estoniyada İkinci Dünya müharibəsinə aid artıq 700-ə yaxın monument məhv edildiyini deyib.

Zaxarova diqqətə çatdırıb ki, tarixin yenidən yazılması təcrübəsi Polşa, Baltikyanı ölkələr və Ukraynanın rusofob siyasətinin, o cümlədən sovet abidələrinin sökülməsinin əsas istiqamətlərindən birinə çevrilib.

"Təkcə Polşada Qırmızı Orduya minnətdarlıq əlaməti olaraq ucaldılmış 500 monument sökülüb. Bir anlıq düşünün — 500 abidə, özü də yalnız bir ölkədə. Estoniyada isə bu rəqəm 200-ə yaxındır", — deyə Zaxarova "Sovet xalqının soyqırımı: tarixi maarifləndirmə və beynəlxalq tanınma" mövzusunda keçirilən mətbuat konfransında qeyd edib.

Diplomat vurğulayıb ki, bu abidələrin əksəriyyəti müharibədən dərhal sonra sıravi vətəndaşların vəsaiti hesabına yaradılıb və ucaldılıb. "Bu, təkcə dövlət vəsaiti deyil, həm də azad edilmiş həmin ölkələrin vətəndaşlarının ianələri idi", — deyə o bildirib.

Diplomatın sözlərinə görə, abidələrin sökülməsi "tarixin şəhər küçələrindən vizual olaraq silinməsindən" başqa bir şey deyil. Zaxarova qeyd edib ki, Qərb ölkələri bununla tarixin mahiyyətini dəyişməyə və faktları təhrif etməyə çalışırlar.

Seçilən
15
afn.az

1Mənbələr