AZ

Culfanın Əlincə kəndində aksiya: 48 nəfər tibbi müayinə olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 13 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə növbəti tibbi müayinə aksiyası həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Culfa rayonunun Əlincə kəndində təşkil olunan aksiya çərçivəsində sakinlər müxtəlif ixtisaslar üzrə müayinələrə cəlb olunublar. Aksiya zamanı terapevtik, oftalmoloji, USM, nevroloji, pediatrik və ginekoloji müayinələr aparılıb, vətəndaşlara sağlamlıqlarının qorunması ilə bağlı müvafiq tibbi tövsiyələr verilib.

Həkimlər, ümumilikdə, 48 nəfəri müayinə ediblər. Belə ki, terapevt tərəfindən 16, radioloq tərəfindən 16, oftalmoloq tərəfindən 4, mama-ginekoloq tərəfindən 2, nevropatoloq tərəfindən 5, pediatr tərəfindən isə 5 nəfər müayinədən keçirilib.

Qeyd edək ki, bu cür tibbi aksiyaların keçirilməsində əsas məqsəd əhalinin, xüsusilə ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəsinin təmin edilməsidir.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr