AZ

İndoneziya ABŞ hərbi təyyarələrinin ölkə hava məkanından keçməsinə icazə verməyi müzakirə edir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndoneziya ABŞ-ın hərbi təyyarələrinə respublikanın hava məkanından istifadə hüququ verməyi nəzərdən keçirir, lakin hələ yekun qərar qəbul edilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Asiya ölkəsinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Riko Rikardo Sıraytın açıqlamasına istinadla "Tempo" portalı xəbər verib.

Portalın məlumatına görə, əvvəl bir sıra KİV-lərdə İndoneziyanın artıq ABŞ-a belə icazə verdiyi bildirilmişdi. Hərbçi isə qeyd edib ki, təklif hələ daxili və qurumlararası müzakirə mərhələsindədir və müvafiq sənəd təsdiqlənməyib. “O, hüquqi qüvvəyə malik deyil və rəsmi dövlət siyasətinin əsası kimi istifadə oluna bilməz,” – deyə Sıraytın sözləri portalda qeyd olunur.

Müdafiə Nazirliyi açıqlayıb ki, hər hansı əməkdaşlıq mexanizmi layihəsi hökumət tərəfindən baxılmadan əvvəl ciddi və çoxsəviyyəli yoxlamadan keçməlidir. Nazirlik nümayəndəsinin sözlərinə görə, digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıqla bağlı hər hansı müzakirələrdə respublika həmişə milli maraqlarını rəhbər tutur. “Biz vurğulayırıq ki, İndoneziyanın hava məkanı üzərində səlahiyyət, nəzarət və idarəetmə tamamilə İndoneziyaya məxsusdur,” – deyə Riko Rikardo Sırayt bildirib.

Mətbuat bazar günü ABŞ-ın İndoneziyadan öz hərbi təyyarələrinin gecə saatlarında ölkə hava məkanından keçməsinə icazə almaq istədiyi bildirilib. İndoneziya Müdafiə Nazirliyi qeyd edib ki, hazırda yalnız “qeyri-rəsmi layihə” mövcuddur və onun məcburi qüvvəsi yoxdur. Tərəflər müvafiq “niyyət məktubu”nu müzakirə edirlər.

Cümə günü ABŞ Müdafiə Nazirliyi bildirib ki, nazir Pit Hegset aprelin 13-də Pentaqonda İndoneziya həmkarı Şafri Şamsuddinlə görüşəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr