AZ

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün rəqəmsal sistemlərini inteqrasiya edəcək

Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkənin müvafiq qurumlarına Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı üçün Azərbaycan və Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyasını təmin etməyi tapşırıb.

"Report" Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, bu barədə baş nazir bu gün ölkənin tranzit-nəqliyyat potensialının inkişafı sahəsində prezidentin tapşırıqlarının icrasına həsr olunmuş müşavirədə bəyan edib.

Məlumatda qeyd olunur ki, Qazaxıstan bu nəqliyyat marşrutunun inkişafına xüsusi diqqət yetirir.

"TBNM üzrə çatdırılma müddətlərinin qısaldılması, "Altınkol – Poti/Batumi" marşrutu üzrə vahid tariflərin tətbiqi, Azərbaycan və Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyası istiqamətində iş aparılır. Hazırda ümumi uzunluğu 3,9 min km olan dəmir yolunda iri infrastruktur layihələri həyata keçirilir", - o vurğulayıb.

Bundan başqa, iclasda dəniz daşımalarının, o cümlədən Aktau-Bakı istiqamətində daşımaların inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

"Aktau və Kurık limanlarından istifadə etməklə daşımaların inkişafı istiqamətində aparılan işlər barədə məlumat verilib (Bektenova - red.). Bu il Aktau limanında 1,3 milyon kubmetr həcmində dibdərinləşdirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Baş nazir Aktau-Bakı marşrutu ilə hərəkət üçün 6 ədəd konteyner daşıyıcısının alınması prosedurlarının ləngiməsinə diqqət çəkib. Qeyd olunan marşruta yeni nəqliyyatın çıxarılması üzrə işləri sürətləndirmək tapşırılıb", - məlumatda deyilir.

Seçilən
15
far.az

1Mənbələr