AZ

“Azad olunmuş ərazilərdə şəhərsalma düzgün planlaşdırılmalıdır” MEMAR DANIŞDI

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İşğaldan Azad olunmuş ərazilərdə əsas məqsəd elə şəhərsalma yanaşması tətbiq etməkdir ki, gələcəkdə hər hansı yanlışlıqla qarşılaşılmasın”.

Bunu Gununsesi.info -ya açıqlamasında tanınmış memar Cahid Həsənov bildirib

“Hazırda dünyada geniş yayılan yanaşmalardan biri ağıllı kənd və ağıllı şəhər modelidir. Bu model yaşayış məntəqələrinin daha səmərəli qurulmasına xidmət edir. Burada vaxtdan və vəsaitdən qənaətli istifadə, əmək yükünün azalması, təmiz mühitin qorunması və müasir rabitə imkanlarının tətbiqi əsas rol oynayır.

Lakin layihələndirmə zamanı mühüm məsələlər xüsusi nəzərə alınmalıdır. Məsələn, yeni salınacaq kənddə yük maşınları ilə minik nəqliyyatının hərəkəti bir-birindən ayrılmalıdır. Kənd təsərrüfatı məhsullarını daşıyan iri tonnajlı nəqliyyat vasitələri ilə gündəlik istifadə olunan minik avtomobillərinin eyni istiqamətdə hərəkəti məqsədəuyğun deyil.

Bu səbəbdən planlaşdırma elə aparılmalıdır ki, minik avtomobilləri və ictimai nəqliyyat üçün ayrıca hərəkət xətləri müəyyən edilsin, yük maşınları isə fərqli istiqamətlərdən istifadə etsin. Belə yanaşma həm təhlükəsizliyi artırır, həm də nəqliyyat axınının səmərəli təşkilinə imkan yaradır.

Nəticədə kənd ərazisində nəqliyyatın hərəkəti daha nizamlı olur, qarışıqlıq və toqquşma riski azalır, ümumi görünüş isə daha səliqəli və rahat olur”.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
icma.az

1Mənbələr