Bu gündən 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edilib.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3‑də keçirilməsi planlaşdırılır.