AZ

Hörmüz boğazının blokadası qlobal bazarlara zərər verəcək - Peskov

Kreml Trampın ABŞ-ın Hörmüz boğazını blokadaya alacağı ilə bağlı açıqlamasını tənqid edərək, bunun qlobal bazarlara zərər verəcəyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, ABŞ ordusu bu gün Vaşinqton vaxtı ilə saat 10:00-dan (GMT üzrə 14:00) etibarən İran limanlarına daxil olan və çıxan gəmilərin hərəkətini bloklayacağını bildirib. Bu addım gündə təxminən 2 milyon barel İran neftinin dünya bazarına daxil olmasının qarşısını alacaq və qlobal tədarükü daha da azaldacaq.

Peskov bunu nəzərdə tutaraq bildirib ki, "Trampın sərəncamının bir çox aspektləri hələ də qeyri-müəyyən olaraq qalır".

Nigar,

Sitat.info 

 

Seçilən
14
1
sitat.info

2Mənbələr