AZ

21 aprelə qədər yenə GÖRÜŞƏCƏKLƏR

Pakistan, Misir və Türkiyə atəşkəs rejiminin 21 apreldə bitməsindən əvvəl ABŞ və İranı danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini artırıblar. 

Danışıqların ikinci mərhələsinin tez bir zamanda keçirilməsi planlaşdırılır.

“Cebheinfo.az” xəbər verir ki, bunu “CBS News” və “Axios” yazıb. 

Məlumata görə, İslamabad Baş nazir Şahbaz Şərifin şəxsi rəhbərliyi altında hər iki tərəflə birbaşa əlaqə saxlayır.

Əvvəlki danışıqlarda irəliləyiş olmasa da, vasitəçilər nikbindirlər. "Qapı hələ bağlanmayıb, hər iki tərəf danışıqlar aparır", - deyə regional rəsmi bildirib.

Seçilən
28
cebheinfo.az

1Mənbələr