AZ

Taker Karlson: 1963-cü ildən bəri ABŞ İsrailin idarəsi altındadır – VİDEO

1963-cü ildən bəri bütün ABŞ prezidentləri İsrailin iradəsini yerinə yetirir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-nin xarici siyasəti ilə bağlı sərt tənqidi fikirlər səsləndirib.

Onun sözlərinə görə, 1963-cü ildən etibarən ABŞ-nin bütün prezidentləri əsasən İsrailin maraqlarına xidmət edən siyasət yürüdüblər və bu yanaşma hazırda ABŞ-yə ciddi ziyan vurur.

Karlson problemin konkret olaraq Donald Trampda deyil, idarəetmə mexanizmində olduğunu vurğulayıb:

“Problem Trampda deyil, 9 milyonluq əhalisi olan bir ölkənin (İsrail), 365 milyonluq əhalisi olan bir ölkəni (ABŞ) idarə etməsinə imkan verən idarəetmə mexanizmindədir. Bu mexanizm nədən ibarətdir? Mən cavabı bildiyimdən əmin deyiləm. Bunu araşdırıb tapmaq lazımdır”.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
32
interpress.az

1Mənbələr