Almaniya kansleri Fridrix Merz İslamabadda keçirilən danışıqların uğursuzluğunu kifayət qədər hazırlığın aparılmaması ilə izah edib.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, görüşlərin dayandırılması qərarı onun üçün gözlənilməz olmayıb və proses əvvəlcədən yaxşı təşkil olunmuş təsir bağışlamayıb.
Merzin sözlərinə görə, İranda davam edən müharibə artıq Almaniyaya da təsir göstərir və bunun nəticələri uzun müddət hiss olunacaq.
Kansler vurğulayıb ki, münaqişə ölkə iqtisadiyyatına və əhalinin sosial vəziyyətinə əlavə təzyiq yaradır.