AZ

Paşinyan Azərbaycanla bağlı etiraf etdi: böyük hadisə anonsu verdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Ermənistan iqtisadi baxımdan yeni bir mərhələyə qədəm qoyur və bu proses Azərbaycan ilə formalaşan sülh mühiti sayəsində mümkün olur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda “Tramp Marşrutu” (TRIPP) layihəsinin işə salınması ilə bağlı mühüm hadisələr baş verə bilər və bu təşəbbüs ölkəni faktiki blokada vəziyyətindən çıxarmağa xidmət edir.

Paşinyan qeyd edib ki, artıq müəyyən irəliləyişlər var: Azərbaycan ərazisi üzərindən dəmir yolu ilə Ermənistana yük daşımaları həyata keçirilir və bu proses davam edir:

“Siyasi razılaşmaya əsasən, ixracın da dəmir yolu vasitəsilə təşkili mümkündür. Bu hələlik Gürcüstan üzərindən həyata keçirilir, TRIPP çərçivəsində Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi bərpa olunana qədər belə davam edəcək. Qeyd etdiyim addımlar ölkə üçün strateji əhəmiyyət daşıyır”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr