AZ

İnternat məktəbində olay – Direktor ağır yaralanan şagirdi niyə xəstəxanaya aparmağa qoymadı?

Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-da saat 16 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.
 
Moderator.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.
 
Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (ad-soyad şərtidir - red.) dərs zamanı idman zalında yıxılıb. Nəticədə şagirdin ağız nahiyəsində yırtıq yaranıb, qolu isə sınıb.
 
İddialara görə, hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırılması və yaraya tikişlərin qoyulması tapşırılıb.
 
Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.
 
Məsələ ilə bağlı E.Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.
Seçilən
4
10
moderator.az

10Mənbələr