Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 359,1 milyon manata bərabər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında isə ölkədə orta aylıq nominal əməkhaqqı 1 min 99,1 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.
Tarix: 13 Aprel 2026, 15:46