AZ

Dağıstanda qarda yoxa çıxan qadın və uşağı tapıldılar

Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, qadında çoxsaylı sınıq xəsarətləri aşkarlanıb və o, xəstəxanaya yerləşdirilib. Yeddi yaşlı uşağın səhhətində isə heç bir problem yoxdur. Baş vermiş uçqun hadisəsi ilə əlaqədar prosessual araşdırmalara başlanılıb. Təbii fəlakət kənd ərazisində səhər saat beş radələrində qeydə alınıb.

Yaxınlıqdakı Mokok kəndində qar kütləsinin sürüşməsi nəticəsində yaşayış evinin üstünə yüksək gərginlikli elektrik ötürücü xətti aşıb. Həmçinin Qumbet və Botlix rayonlarının sərhədində 10 baş at tələf olub. Heyvanlar intensiv qar yağıntısı ucbatından yolu davam edə bilməyiblər.

Seçilən
7
Ajans.az

1Mənbələr