AZ

Qubada 3 metr QAR: Yollar belə təmizlənir FOTO/VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Quba-Xınalıq yolundan ayrılan və güclü qar səbəbindən bağlanmış 19 km-lik Buduq-Zeyid yolunun qardan təmizlənməsi işləri davam edir.Quba 5 saylı yol istismar idarəsindən Bizim.Media-ya verilən məlumata gorə, yol təsərrüfatı işçiləri güclü qar nəticəsində bağlanmış yolun açılması istiqamətində işləri davam etdirirlər.Məlumata görə, Buduq-Zeyid yolunun 10-cu km-də, hətta 3 metrə yaxın qar olduğu müşahidə edilib.

 

Qurumun işçiləri həmin hissədə yolu tam açaraq avtomobillər üçün rahatlığı təmin ediblər. Yolun digər yerlərində də 1 metrdən 2 metrədək qar olduğu qeydə alınıb.

Hazırda Buduq kəndindən Zeyid kəndinə gedən yol qardan təmizlənir. Günün sonunacan Zeyid kəndinə yolun tam açılması təmin ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
bizim.media

2Mənbələr