AZ

Kubadan ABŞ-a: İşğal halında özümüzü müdafiə edəcəyik!

Kuba prezidenti Miguel Dias-Kanel ABŞ-ın mümkün işğalı ilə bağlı sərt açıqlama verib.

Turkustan.az xəbər verir ki, NBC News-un “Mətbuatla tanış olun” proqramında çıxış edən Kanel ABŞ-ın Kubaya hücum etmək üçün heç bir əsaslı səbəbinin olmadığını bildirib.

O, mümkün işğala toxunaraq qeyd edib ki, belə bir hal baş verərsə, ölkəsi müqavimət göstərəcək: Əgər bu baş verərsə, münaqişə olacaq, mübarizə olacaq, özümüzü müdafiə edəcəyik və ölməli olsaq, öləcəyik.

Kanel kubalıların vətənlərini nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini vurğulayaraq əlavə edib ki, ABŞ-ın Kubaya qarşı hərbi hücum, “cərrahi əməliyyat” və ya dövlət başçısını qaçırmaq üçün heç bir əsasının olmadığını düşünür. O, çıxışında milli himnə istinad edərək bildirib ki, vətəni uğrunda ölmək onun üçün yaşamaq deməkdir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
1
turkustan.az

2Mənbələr