17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postu boşalıb.
Nərgiz Qurbanova artıq iş yerini tərk edib.
Buna səbəb komandanın Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışıdır.
Belə ki, yığmamız B Liqasının 3-cü qrupunda Belçika (0:11), Sloveniya (0:3) və Farer adalarına (1:6) uduzaraq, sonuncu yeri tutub.
Bərbad nəticələri əsas götürən AFFA Qurbanovaya yeni müqavilə təklif etməyib.
SPORTİNFO.AZ