"Bayern"in əsas oyunçulardan birinə çevrilən yarımmüdafiəçi Aleksandar Pavloviç bir neçə top klubun maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "fussballtransfers" məlumat yayıb.
Bir sıra İngiltərə Premyer Liqası klubları, həmçinin İspaniya nəhəngləri - "Real" və "Barselona" onun agentləri ilə əlaqə saxlayıb. Lakin rədd cavabı alıblar.
Almaniya millisinin üzvü transferə maraq göstərmir. Pavloviç üçün "Bayern"də ayrılmaq məsələsi gündəmdə deyil.
21 yaşlı futbolçu “Absolut Bayern”ə açıqlamasında xəbəri təsdiqləyib: “Mən "Bayern"dən başqa heç nə tanımıram. Əgər burada hər şey istədiyimiz kimi getsə, başqa bir şey etməyə ehtiyac yoxdur”.