AZ

Dünya Kuboku 80 milyard dollar qazandıracaq

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026 FIFA Dünya Kuboku qlobal iqtisadiyyata böyük təsir göstərəcək. FIFA məlumatına görə, turnir ümumilikdə 80 milyard dollardan çox iqtisadi aktivlik yaradacaq.

BAKU.WS xəbər verir ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi yarışın xüsusilə ABŞ iqtisadiyyatına ciddi töhfə verəcəyi gözlənilir. Hesablamalara əsasən, təkcə bu ölkədə iqtisadi təsir 30,5 milyard dollar olacaq. Qlobal ÜDM-ə isə 40,9 milyard dollar əlavə dəyər qatacağı proqnozlaşdırılır.

İlk dəfə 48 komandanın iştirak edəcəyi turnir çərçivəsində 104 oyun keçiriləcək. 16 şəhərdə baş tutacaq yarışın turizm, nəqliyyat, xidmət və pərakəndə sektorlarında geniş iqtisadi canlanma yaradacağı bildirilir. Ümumilikdə 6,5 milyon azarkeşin turnirə qatılması gözlənilir.

Mütəxəssislər qeyd edir ki, tədbir çərçivəsində təxminən 824 min daimi iş yerinin yaradılması mümkündür. ABŞ-da isə bu rəqəmin 185 minə çatacağı bildirilir.

Eyni zamanda, böyük maraq səbəbindən bilet və otel qiymətlərində ciddi artım müşahidə olunur. Bəzi hallarda final oyununa biletlərin qiyməti 10 min dolları keçir.

Qeyd edək ki, turnir 11 iyun 2026-cı ildə Meksikada başlayacaq və 19 iyulda ABŞ-da final oyunu ilə başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
baku.ws

2Mənbələr