AZ

Koçinyan: “Sülhü qalib tərəf müəyyən edəcək”

Ermənistanda qarşıdan gələn parlament seçkilərinin regiondakı sülh prosesinə təsiri ilə bağlı diqqətçəkən açıqlama verilib.

Musavat.com-un xəbərinə əsasən, “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan Bakıya səfərdən qayıtdıqdan sonra jurnalistlərlə görüşdə bildirib ki, Azərbaycan tərəfi Ermənistanı qarşıda nələrin gözlədiyi ilə ciddi maraqlanır.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh üçün müəyyən hüquqi və siyasi baza artıq formalaşıb. Bu çərçivəyə paraflanmış sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də kommunikasiyaların açılması ilə bağlı razılaşmalar daxildir.

Koçinyan qeyd edib ki, hər iki ölkə arasında artıq müəyyən səviyyədə işlək siyasi əlaqə formalaşıb və bu, proseslərin irəliləməsinə imkan verir.

Lakin o vurğulayıb ki, əsas məsələ seçkilərdən sonra hakimiyyətə gələcək siyasi qüvvənin mövqeyidir:

“Seçkilərdə iştirak edən qüvvələrin bu hüquqi və siyasi baza ilə bağlı hansı mövqe tutacağı çox önəmlidir. Çünki seçkilərdən sonra sülh və ya müharibə ilə bağlı qərarlar əsasən qalib gələn siyasi qüvvə tərəfindən veriləcək”.

Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr