Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov da Milli Məclisin üzvü olub. 50 yaşlı icra başçısı 2015-2019-cu illərdə Yasamalın deputatı kimi fəaliyyət göstərib. Elşad Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 12 noyabr 2019-cu ildə Yasamal rayon icra hakimiyyətinin başçısı təyin olunub. Fotoda: Elşad Həsənov
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov da bir müddət qanun yaradıcılığı ilə məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun sabiq rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir. Fotoda: Rüstəm Xəlilov
Rüstəm Xəlilov 2019-2024-cü illərdə Hacıqabul rayon icra hakimiyyətinin icra başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 17 sentyabr 2019-cu ildə Salyan rayon icra hakimiyyətinin başçısı təyin olunub. Daşkəsən rayon icra hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev də 15 il cibində deputat mandatı gəzdirib. Əhəd Abıyev 1995-2010-cu illədrə Milli Məclisin deputatı, 2011-2023-cü illərdə isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Fotoda: Əhəd Abıyev
23 sentyabr 2024-cü ildə 12 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin üzvü seçilən Asif Əsgərov isə 18 il icra başçısı işləyəndən sonra deputat mandatına yiyələnib. Fotoda: Asif Əsgərov
Nazim Hüseynzadə / Metbuat.az