ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Kreml Prezident Donald Trampın İran limanlarını blokadaya almaq qərarını tənqid edib.
Modern.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, belə hərəkətlər beynəlxalq bazarlara mənfi təsir göstərməyə davam edəcək.
"Lakin bir çox detal hələ də aydın deyil, ona görə də hazırda əsaslı şərhlər verməkdən çəkinərdim", - deyə Peskov əlavə edib.
Peskov ölkəsinin İranın nüvə proqramının gələcəyi ilə bağlı daha geniş bir razılaşmanın tərkib hissəsi olaraq İran uranını qəbul etmək təklifi barədə suala da cavab verib.
"Təklif səsləndirilib, lakin qəbul edilməyib. Rusiya öz köməyini təklif etməyə açıqdır", - deyə o bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.