AZ

Bu ölkə legioner limitini dəyişir

style='margin-bottom:10px;'>

Rusiya Federasiyasının İdman Nazirliyi ölkə çempionatında legioner limiti ilə bağlı yeni qayda layihəsi hazırlayıb.

QOL.az bu haqda “Sport-ekspress”ə istinadən məlumat yayıb.

Layihəyə əsasən, 2026/27 mövsümündən etibarən komandalar matçın sifariş ərizəsinə maksimum 12 legioner daxil edə, eyni anda meydanda isə 7 əcnəbi futbolçu oynaya biləcək.

Bildirilib ki, limitin daha da sərtləşdirilməsi planlaşdırılır. 2027/28 mövsümündə 11+6, 2028/29 mövsümündə isə 10+5 formulu tətbiq oluna bilər.

Qeyd edək ki, Rusiya Premyer Liqasında hazırda qüvvədə olan qaydalara görə klublar heyətə 13 legioner sala və eyni anda meydanda 8 əcnəbi futbolçu oynada bilir.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr