AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün nəzərdə tutulan UEFA-nın B kateqoriyalı kursunun növbəti - III mərhələsi başlayıb.
Offsideplus.az xəbər verir ki, milli assosiasiyanın rəsmi yaydığı məlumata görə, təlim prosesi aprelin 16-dək davam edəcək.
Kurslara rəhbərliyi AFFA-nın Təhsil Şöbəsinin müdiri Aslan Kərimov və təlimatçı Osman Rəhimov həyata keçirirlər.