AZ

Avropa Ayda baza quracaq


Avropa Kosmik Agentliyi (ESA) 2030-cu ildə Yer peykinə avadanlıq daşıyan pilotsuz “Arqonavt” eniş aparatını göndərməyi və daha sonra Ay missiyası imkanlarını genişləndirməyi planlaşdırır.
Yeniavaz.com
“Der Spiegel” jurnalına istinadla xəbər verir ki, bu barədə İnsan və Robot Kosmik Uçuşları üzrə direktor Daniel Noyenşvander bildirib.
“Məqsəd Ay haqqında anlayışımızı genişləndirməkdir. Biz Yer kürəsinin peykinin Cənub Qütbünə çatmaq istəyirik”, - o bildirib.
Məlumata görə, alim izah edib ki, Aya çatan bol günəş işığı enerji istehsalı üçün əlverişlidir, lakin ətraf ərazidə mövcud olan resurslar hələ də araşdırılmalıdır.
Noyenşvander Avropanın Ay hədəflərinə çatması üçün ABŞ ilə tərəfdaşlığının vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, 2028-ci ildə Aya uçması planlaşdırılan “Artemis 4” pilotlu kosmik gəmisinin göyərtəsində iki alman vətəndaşının olması gözlənilir.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr