AZ

Saç tökülməsi zamanı hansı testlər verilməlidir? Trixoloq izah edir

Saç tökülməsinin səbəbini bədəndə axtarmaq lazımdır.

E-saglam.az xəbər verir ki, Doctor Hair Tibb Mərkəzinin dermatoloqu və trixoloqu Anna Qorobinskaya problemin mənbəyini müəyyən etməyə kömək edə biləcək laboratoriya testləri barədə danışıb.

Ekspertin izah etdiyi kimi, alopesiya tək bir diaqnoz deyil, fərqli inkişaf mexanizmlərinə malik bir qrup xəstəlikdir. Ən çox yayılmış növü telogen effluviumdur ki, bu zaman tüklər vaxtından əvvəl istirahət mərhələsinə keçir və tədricən baş dərisindən tökülür. Əgər tətikləyici amil qısa müddətli olarsa, problem bir neçə həftə ərzində öz-özünə həll ola bilər. Lakin, səbəb altı aydan çox davam etdikdə, saç tökülməsi xroniki hala gəlir və bu halda müdaxilə vacibdir.

Ekspert deyir ki, problemin kök səbəbini müəyyən etmək və aradan qaldırmaq üçün diaqnostikaya dəqiq ehtiyac var. Laboratoriya testləri burada əsas rol oynayır.

Qorobinskayanın sözlərinə görə, saç tökülməsi şikayətləri üçün əsas testlər dəsti belə görünür:

- Ümumi qan analizi (CBC) gizli iltihabı və anemiyanı müəyyən etməyə kömək edir. Həkim hemoqlobin səviyyəsinə və ağ qan hüceyrələrinin sayına xüsusi diqqət yetirir.

- Ferritin bədəndəki dəmir ehtiyatlarının əsas göstəricisidir. Onun səviyyəsi hemoqlobindən daha tez düşür, buna görə də xəstədə hələ anemiya olmaya bilər, lakin saçları artıq tökülməyə başlamış ola bilər;

- Qlükoza - diabet də daxil olmaqla karbohidrat mübadiləsi pozğunluqlarını istisna etmək üçün qan şəkəri testi;

- Tiroid stimullaşdırıcı hormon (TSH) — tiroid funksiyasını qiymətləndirir. Əgər TSH normadan kənara çıxarsa və ya normal həddədirsə, əlavə olaraq T3 və T4 hormonları təyin edilir.

Qorobinskaya qeyd edir ki, cinsi hormon testləri hər kəs üçün təyin edilmir, yalnız hormonal disbalans əlamətləri olduqda (məsələn, qadınlarda menstrual problemlər, sızanaqlar və ya üz tüklərinin böyüməsi) təyin edilir. Testosteron, DHEA sulfat, estradiol və digər səviyyələr ölçülür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr