AZ

Bu reyslər LƏĞV EDİLDİ

Ajans.az xəbər verir ki, Vereinigung Cockpit həmkarlar ittifaqının elan etdiyi tətil Lufthansa-nın əsas fəaliyyətini, eləcə də Lufthansa Cargo və Cityline bölmələrini əhatə edir. Xüsusilə Frankfurt və Münhen hava limanlarında hər gün yüzlərlə reysin ləğv ediləcəyi gözlənilir. Mübahisənin əsas səbəbi şirkətin pensiya proqramı və Cityline bölməsində əməkhaqqı şərtləri ilə bağlı fikir ayrılıqlarıdır. Qeyd olunur ki, bu, cari ildə artıq üçüncü dəfə pensiya məsələsi üzrə gərginliyin artmasıdır.

Bundan əvvəl də stüardessaların keçirdiyi tətil aksiyaları kütləvi reys ləğvlərinə səbəb olmuşdu.

Seçilən
7
Ajans.az

1Mənbələr