AZ

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

Vətəndaş müraciəti əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Seyid Allahverdi oğlu Firudunova məxsus "Fırınçı" kafesində yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
 

Bildirilib ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masalarının yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb.


Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.




Bizim.Media

Seçilən
11
6
bizim.media

7Mənbələr