AZ

Paşinyandan Azərbaycanla bağlı TƏCİLİ AÇIQLAMA: Dəmir yolu ilə…

Ermənistanın baş naziri Nikol Paşinyan regionda bütün iqtisadi və siyasi mənzərəni dəyişəcək şok bəyanatlarla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, baş nazir Ermənistanın artıq faktiki olaraq blokadadan çıxdığını və Azərbaycanla sülh prosesi çərçivəsində iqtisadi inkişafın tamamilə yeni, görünməmiş mərhələsinə qədəm qoyduqlarını bildirib.

Paşinyan yaxın gələcəkdə regionda “böyük hadisələrin” gözlənildiyini vurğulayaraq, Ermənistanın təcrid olunmuş vəziyyətdən tamamilə qurtulacağını qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisindən Ermənistana dəmir yolu vasitəsilə yük daşımaları artıq mümkündür və bu proses reallaşdırılır.

Ən diqqətçəkən məqam isə TRIPP layihəsi ilə bağlıdır. Baş nazir bəyan edib ki, layihə çərçivəsində Azərbaycanla dəmir yolu rəsmən açılacaq. Əldə olunmuş siyasi razılaşmaya əsasən, bu strateji marşrut bir daha heç vaxt bağlanmayacaq. Paşinyan bu addımı həm idxal, həm də ixrac üçün ən etibarlı yol adlandıraraq, Ermənistanın gələcək iqtisadi taleyinin məhz bu açılışdan asılı olduğunu diqqətə çatdırıb.

Sara,
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr