AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artdı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Məlumata görə, o cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiyalar 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb. Beləliklə, rüblük investisiya qoyuluşunda sektorun payı 62,3 % təşkil edib.

Seçilən
21
metbuat.az

1Mənbələr