AZ

ABŞ İran ətrafında dəniz blokadasına başlayır - CENTCOM-dan AÇIQLAMA

ABŞ İran ətrafında dəniz blokadası tətbiq etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) gəmiçilik şirkətlərinə verdiyi tövsiyələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qüvvələri blokadanın həyata keçirilməsi üçün Oman körfəzi və Ərəbistan dənizində fəaliyyət göstərəcək.

Bildirilib ki, blokada bazar ertəsi günü Moskva vaxtı ilə saat 17:00-da qüvvəyə minəcək.

Açıqlamada qeyd olunub: “Blokada zonasına icazəsiz daxil olan və ya çıxan hər hansı gəmi saxlanılacaq, istiqaməti dəyişdiriləcək və müsadirə ediləcək”.

CENTCOM həmçinin bildirib ki, blokada İranın bütün sahil xəttini, o cümlədən limanlar və neft terminallarını əhatə edəcək.

Qeyd edilib ki, humanitar yüklərin – qida, dərman və digər zəruri malların daşınmasına isə yoxlama şərti ilə icazə veriləcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr