AZ

Benyamin Netanyahu: “Cey Di Vens təyyarədən mənə zəng etdi...”

“Döyüşlər davam edir, dayandırılmayıb. Dünən və bu gün əməliyyatlar əsasən Bint Cbeyl bölgəsində cəmləşib. Bu, Livanla bağlı vəziyyətə aiddir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu hökumət iclasında çıxışı zamanı bildirib.

O, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə danışdığını bildirərək, İranın razılaşmanı pozması səbəbindən danışıqların iflasa uğradığını deyib:

“Dünən ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə danışdım. O, İslamabaddan geri qayıdarkən təyyarədən mənə zəng etdi və administrasiyanın üzvlərinin hər gün etdiyi kimi, danışıqların gedişi barədə, bu halda isə danışıqların iflası ilə bağlı ətraflı məlumat verdi. Gərginliyin artmasına səbəb ABŞ tərəfinin İranın danışıqlara başlamaqla bağlı razılaşmanı açıq şəkildə pozmasını qəbul etməməsi oldu. Razılaşmaya əsasən, atəş dayandırılmalı və iranlılar dərhal boğazları açmalı idilər, lakin bu baş vermədi. ABŞ bunu qəbul edə bilmədi”.

Baş nazir İsrail ilə ABŞ arasında misilsiz koordinasiyanın mövcud olduğunu vurğulayıb:

“İran qaydaları pozduqdan sonra Prezident Donlad Tramp Tehrana qarşı dəniz blokadası tətbiq etmək qərarına gəldi. Biz, əlbəttə ki, bu qəti mövqeni dəstəkləyirik və ABŞ ilə daimi koordinasiya halındayıq. Aramızda fikir ayrılığı olduğu barədə iddialar tamamilə əsassızdır. Bu telefon danışığında və prezidentlə, onun komandası ilə apardığımız gündəlik təmaslarda iştirak edən hər kəs bunu təsdiqləyə bilər. Bu, indiyədək görünməmiş səviyyədə koordinasiyadır. Bu, nə İsrail dövlətinin, nə də yəhudi xalqının tarixində baş verməmiş bir hadisədir: biz dünyanın ən güclü dövləti ilə sıx əməkdaşlıq edirik və məhvetmə təhlükələrini dəf etmək imkanına malikik”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr