AZ

“Azərbaycan Sənaye Bankı”nın maliyyə vəziyyəti açıqlanıb

Bu ilin I rübündə “Azərbaycan Sənaye Bankı” 1,7 milyon manat xalis mənfəət əldə edib.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalıb.

Bu dövrdə bank mənfəət vergisi ödəmələrini də azaldıb. Belə ki, I rübdə bankın mənfəət vergisi ödəmələri 421,44 min manatdan 264,18 min manata enib.

ASB-nin gəlirləri ötən ilin I rübünə nisbətən 14,6% artaraq 15 milyon manata, xərcləri isə 18,1% artaraq 12,7 milyon manata yüksəlib. Bank rüb ərzində 2,2 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1% azdır.

Hesabat dövründə bank 11 milyon manat məbləğində faiz gəliri əldə edib ki, bunun da 6,3 milyon manatını kredit faizlərindən əldə olunan gəlirlər təşkil edib. Dövr ərzində bankın faiz gəlirləri illik müqayisədə 18,7% artıb.

Bankın cəmi aktivləri bu ilin aprel ayının 1-nə 886,4 milyon manat olub ki, bunun da 375,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bu dövrdə bankın kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,9% böyüyüb. ASB-nin nağd vəsaitlərinin həcmi isə I rübdə 8,1% artaraq 15,1 milyon manata çatıb.

Bankın öhdəliklərinə gəlincə, bu ayın 1-nə ASB-nin öhdəlikləri 12,3% artaraq 756,1 milyon manata, depozit portfeli isə 7,7% artaraq 520,5 milyon manata yüksəlib. Depozit portfelinin 305,6 milyon manatı fiziki şəxslərin, 214,9 milyon manatı isə hüquqi şəxslərin payına düşüb (tələbli və müddətli olmaqla). Fiziki şəxslərin depozitləri illik müqayisədə 1,7%, hüquqi şəxslərin depozitləri isə 17,5% artıb. Bununla da, hesabat dövründə bankın aktivləri 11,4%, öhdəlikləri isə 12,3% artım nümayiş etdirib.

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı isə 6,2% artaraq 130,3 milyon manata çatıb.

Seçilən
15
1
apa.az

2Mənbələr